Şahin Nəcəfi 1980-ci ilin 10 Sentyabrında, İranın Gilan vilayətində anadan olub.
İranın inqilabçı müğənnilərindən biri, üsyan səsi sayılır. 6 yaşında olanda atasını itirib. 18 yaşından gitarada ifa etməyi öyrənib. Buna qədər yaxşı səsi olduğu üçün Quran oxuyur, həmçinin, özü də şeirlər yazırdı.
Şahin Gilan Universitetinin Sosiologiya fakültəsində oxuyarkən dinin əleyhinə fikirlər səsləndirir və buna görə də universitetdən qovulur.
Bu, onun dinə qarşı görüşlərini daha da şiddətləndirir. Ateist olduğunu açıq ifadə edən Şahin üçün ölkəsində yaşamaq gündən-günə çətinləşirdi.
Buna baxmayaraq, o, İranın yeraltı musiqisinin zirvəsinə ucalmağı bacardı. Almaniyaya mühacirət edən musiqiçi burada da yaradıcılığına davam etdi. Dini və siyasi fikirlərinin dozasını artıran Şahin bəzi parçalarında "müqəddəs" dəyərləri "təhqir etməkdən" də çəkinmir. Sırf buna görə, haqqında ölüm fətvası da verilib.
Müsahibələrinin birində İrandakı siyasi rejim və onların əməlləri haqqında bunları deyir:
"İnqilabçı" Xomeyni on minlərlə iranlını qətl etdirəndə biz susduq. Kütləvi edamlar olanda biz yenə səsimizi çıxartmadıq. Kürdlərin bədənlərini hissələrə böldülər, türklər, əəblər, türkmənlər, ermənilər və digər xalqların nümayəndələrini öldürdülər, biz yenə susduq.
Edamların ikinci dalğası başlayanda biz yenə etiraz etmədik. Ərəb Baharından iki il əvvəl İranda milyonlarla insan sivil formada etiraz üçün küçələrə töküləndə rejim minlərlə iştirakçını həbs etdi. Onlara işgəncə verdilər, şikəst etdilər, elə bu formada da evlərinə göndərdilər. Amma biz yenə susduq...
Universitet tələbələrini qətlə yetirdilər, susduq, siyasi məhbuslara ağlasığmaz işgəncələr verdilər, susduq...
İndi də qadınlara qarşı hücuma keçiblər. Analara, bacılara işgəncə verirlər, zülm edirlər. Onların həyatlarını məhv edirlər. Yenə səssiz qalacağıq?!"
İranın müqəddəs sayılan şəhərlərindən biri - Qumda ayətullah Safi Qolpeyqani "din əleyhinə cinayət" ittihamı ilə müğənni üçün "ölüm fərmanı" imzalayıb. Buna səbəb isə müğənninin imam Nəqi haqqında oxuduğu mahnıdır. Bütün şiələrə Şahini gördükləri yerdə öldürmək əmri verilib. Bunun müqabilində həmin adama 100.000 dollar mükafat vəd olunub.
Müğənninin "İstade Mordən" mahnısını azərbaycan dilində alt yazı formada təqdim ediri. Tərcümə Aysu Seyidiyə məxsusdu.
Müğənninin "İstade Mordən" mahnısını azərbaycan dilində alt yazı formada təqdim ediri. Tərcümə Aysu Seyidiyə məxsusdu.
0 yorum:
Yorum Gönder