"Rastak" (Rəstak) musiqi qrupu 1997-ci ilin yayında fəaliyyətə başlayıb. Üzvlərin seçimi səs tembrinə, onun İran folkloruna uyğunluğu əsasında aparılıb. İranın hər regionuna aid musiqi alətlərindən istifadə edərək məhəlli janrında yaratdığı parçalarla qısa zaman ərzində qrupun şöhrəti bütün İrana yayılıb.
15 ildən artıq zamanda qrup dünya miqyasında tanınmağı da bacarıb.
Amerika, İngiltərə, Avstraliya, Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, İsveçrə, Kanada, Avstriya, Hindistan, Yaponiya, Malayziya, BƏƏ, Belarusiya, Çili kimi ölkələrdə konsert proqramları ilə çıxış edən Rastak Azərbaycan dilində də bir neçə parça ifa edib. Güney Azərbaycanlıların folkloruna daxil olan parçalardan "Gəl-gəl" mahnısını fərqli formada təqdim edən qrup "Novruz rəqsləri" albomunda olan bir mahnıda 3 dildən istifadə edilib.
Farsca, kürdcə, azərbaycanca oxunan mahnılar musiqinin sərhədsiz olmasına, beynəlxalq dəyərə sahib olmasına yaxşı nümunədir.
Ümumiyyətlə, qrupun fəaliyyəti bütün İranı, onun, demək olar, bütün etnik qruplarını əhatə edir.
"Rəstak" ağacın kök şaxələrindən hazırlanan buynuz deməkdir.
Təqdim etdiyimiz parça İranın Gilan vilayətində yaşayan giləkilərin ləhcəsində oxunub. Giləkilər Gilan talışları sayılırlar. İranın şimalında yaşayan bu etnik qrupun dili Xəzər dilləri qrupuna aiddir. Mazandarani dilinə çox yaxındır. Qərbi, Şərqi və dağlıq ərazilərdə yaşayan giləkilər arasında ləhcə fərqi də var. Vikipediya məlumatına görə, bu dildə 3 milyondan artıq insan danışır.
0 yorum:
Yorum Gönder