2.14.2018
Homayoun Shajarian - Ahay Khabardar [Azərbaycanca alt yazı]
Küçələrdən avara bir nəsim keçdi
Bağçalara namərd bir payız gəldi
Səmadakı aya əzab verir
Dərdsiz aya dərd verir
Payız gəldi, namərd bir payız
Avara bir nəsim keçdi
Siyah bir gecədə, qaranlıq bir gecədə
Sağdan və soldan, yaxından və uzaqdan
Biri fəryad qoparır
Bir qəm ki, kabus kimi
Sinəmdə qübar bağlayıb
Boğazımdan əllərini çək,
Əllərini çək boğazımdan
Bağçalara namərd bir payız gəldi
Səmadakı aya əzab verir
Dərdsiz aya dərd verir
Payız gəldi, namərd bir payız
Avara bir nəsim keçdi
Siyah bir gecədə, qaranlıq bir gecədə
Sağdan və soldan, yaxından və uzaqdan
Biri fəryad qoparır
Bir qəm ki, kabus kimi
Sinəmdə qübar bağlayıb
Boğazımdan əllərini çək,
Əllərini çək boğazımdan
10.31.2016
Helium - Qısa Film - Azərbaycan dilində alt yazı
Təsadüfən rastıma çıxan "Helium" filmini izləyəndən sonra azərbaycan dilində alt yazılı versiyasını hazırlamağa qərar verdim.
Film ölüm ayağında olan və bunu bilən balaca uşağın - Alfredin xəstəxanada təmizlik işləri görən Enzoyla tanış olması ilə başlayır.
Enzo uşağın cənnət haqda fikirlərini eşidəndən sonra ona alternativ "yeni dünya" təsvir etməyə çalışır.
Danimarka istehsalı olan filmin rejissoru Anders Valterdir. Əsas rolları Kasper Kramp, Pelle Falk Krusbaek, Maryana Yankoviç canlandırıb.
5.25.2016
İranın bütün etnik qruplarını səhnədə birləşdirən musiqi qrupu - Rastakdan Yar mahnısı
"Rastak" (Rəstak) musiqi qrupu 1997-ci ilin yayında fəaliyyətə başlayıb. Üzvlərin seçimi səs tembrinə, onun İran folkloruna uyğunluğu əsasında aparılıb. İranın hər regionuna aid musiqi alətlərindən istifadə edərək məhəlli janrında yaratdığı parçalarla qısa zaman ərzində qrupun şöhrəti bütün İrana yayılıb.
15 ildən artıq zamanda qrup dünya miqyasında tanınmağı da bacarıb.
11.12.2014
Vüqar Həşimovun əziz xatirəsinə... (Video)
Vüqar Həşimovun Azərbaycan idmanında öz çəkisi vardı. Tanıyan, tanımayan hər kəsin rəğbətini qazanan gənc idmançı ağır xəstəliklə mübarizədən məğlub ayrıldı.
Onun ölümü idmansevərlərin hər biri tək məni də təəssüfləndirdi. Həşimovun xatirəsinə hazırlanmış video.
Musiqi: James Blunt - Goodbye my lover
Onun ölümü idmansevərlərin hər biri tək məni də təəssüfləndirdi. Həşimovun xatirəsinə hazırlanmış video.
Musiqi: James Blunt - Goodbye my lover